Yaxın Şərq
ÇAXAL-dan uğurlu əməliyyat
İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) bölmələri İordan çayının qərb sahilində yerləşən Tulkərm qəsəbəsində kustar üsulla partlayıcı maddələr istehsal edən laboratoriyanı aşkar edərək sıradan çıxarıb.
Publika.az xəbər verir ki, kəşfiyyat məlumatları əsasında keçirilən əməliyyat nəticəsində laboratoriyada çoxlu sayda silah və partlayıcı qurğuların hazırlanmasında istifadə olunan materiallar ələ keçirilib.
ÇAXAL-ın məlumatına görə, laboratoriyada hazırlanan partlayıcılar Yəhudiya və Samariyada fəaliyyət göstərən İsrail hərbçilərinə, habelə mülki şəxslərə qarşı terror aktları törətmək məqsədi daşıyıb. Qeyd olunub ki, sözügedən laboratoriya İsrail ordusunun Samariyanın şimalında antiterror tədbirlərinə başlamasından əvvəl də fəaliyyət göstərib.
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO




































