İdman
Federasiya prezidenti qalmaqaldan sonra istefa verdi
Nigeriya millisi özlərini təhlükəsiz hiss etmədiklərini əsas gətirərək Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Liviya ilə oyundan imtina edib.
Publika.az “DailySports”a istinadən xəbər verir ki, bu qalmaqaldan sonra yerli federasiyanın prezidenti Əbdülhəkim Əl-Şelmani istefa verib. O, oyun ətrafında baş verənləri belə şərh edib:
“Mən Liviya idmanının uğursuzluğunun bir hissəsi olmaq istəmirəm. Biz çətinliklərlə qarşılaşmışıq. Əməyinə görə hər kəsə minnətdaram, amma getməliyəm. Beynəlxalq, ərəb və Afrika səviyyəsində yaxşı tarixim var və bunu heç kim inkar edə bilməz”.
Liviya – Nigeriya matçı oktyabrın 15-də baş tutmalı idi. Amma Nigeriya yığmasının Liviyada aeroportda 12 saat girov saxlanılmasından sonra oyun baş tutmayıb.
-
Elm və təhsil21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika17:28İlham Əliyev fərman imzaladı
-
Sosial17:00Əli Əsədov qərar imzaladı
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır














.jpg)




















