İdman
"Mançester Yunayted"də nə baş verir? - Əfsanənin milyonluq müqaviləsi ləğv edildi
"Mançester Yunayted"in yeni həmsahibi INEOS şirkəti xərcləri azaltmaq proqramını davam etdirərək, klub tarixinin ən uğurlu baş məşqçisi Ser Aleks Ferqyusonla müqaviləni ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Ferqyuson 26 il “Mançester Yunayted”ə rəhbərlik edib və komanda ilə 38 kubok qazanıb. 2013-cü ildə baş məşqçi vəzifəsindən istefa verdikdən sonra şotlandiyalı mütəxəssis klubda illik maaşla qlobal səfir və qeyri-icraçı direktor kimi saxlanılıb.
Ferqyusonun klub səfiri kimi müqaviləsi haqqında yeganə rəsmi qeydi 2014-cü ilin hesablarında görmək olar. Onların sözlərinə görə, şotlandiyalı müqaviləni 2013-cü il oktyabrın 17-də imzalayıb və 2,16 milyon funt sterlinq (2,82 milyon dollar) alıb.
INEOS-un rəhbəri Cim Ratkliff Ferqyusonla şəxsi söhbətində müqavilənin ləğvi barədə məlumat verib. Qeyd olunur ki, məsələ sülh yolu ilə həll olunub. 82 yaşlı Ferqyuson "Mançester Yunayted"in qeyri-icraçı direktoru olaraq qalacaq və klubun oyunlarında iştirak etməyə davam edə biləcək.
INEOS fevralda “Mançester Yunayted”in 27,7%-nin sahibi olub. Tezliklə şirkət büdcənin optimallaşdırılması çərçivəsində klubda 250 işçini ixtisar etmək niyyətində olduğunu açıqlayıb.
Heybət
-
MDB10:06Maskın atası Rusiyanı elə təriflədi ki...
-
Sosial09:19Gizli, yoxsa razılaşdırılmış nəzarət? - Uşaq hiss etməlidir ki...
-
Dünya07:15Əri ilə mübahisə edən qadın milyonlarla dolları pəncərədən çölə səpələdi
-
ABŞ05:15ABŞ və İran uranı birlikdə çıxaracaq - Trampdan sensasion açıqlama
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı

























.jpg)









