Hadisə
NASA alimləri və generallar bir-bir yoxa çıxır - Nə baş verir?
ABŞ-da 2023-cü ildən bəri kosmik tədqiqatlar və nüvə fizikası sahəsində çalışan azı səkkiz alim ya müəmmalı şəkildə ölüb, ya da yoxa çıxıb.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, siyahıda adıçəkilənlər arasında NASA-nın əməkdaşı Maykl Hiks də var. Komet və asteroidlərin tədqiqi ilə məşğul olan 59 yaşlı alim 2023-cü ildə vəfat edib, lakin onun ölüm səbəbi hələ də açıqlanmır.
Hadisələr bununla bitmir. 2025-ci ildə Los-Alamos Milli Laboratoriyasının nüvə texnologiyaları üzrə mütəxəssisi, 53 yaşlı Melissa Kasiasın itkin düşdüyü bildirilir.
Siyahıda sonuncu qeyd olunan şəxs isə ABŞ Hərbi Hava Qüvvələrinin sabiq general-mayoru Uilyam Makkaslanddır. Məxfi məlumatlara çıxışı olan generalın 2026-cı ilin fevralında yoxa çıxdığı deyilir.
"Fox News" qeyd edir ki, Ağ Ev administrasiyası artıq bu məlumatların araşdırılması imkanlarını nəzərdən keçirir.
Müəllif: Adəm
-
Hadisə20:12Ağdamda güclü yanğın başladı
-
Dünya19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika14:27İlham Əliyev fərman imzaladı



































