MY-dən təklif alan məşqçi: İstədiyimi edəcəm
Bizi izləyin

İdman

MY-dən təklif alan məşqçi: İstədiyimi edəcəm

"Sportinq"in baş məşqçisi Ruben Amorim "Mançester Yunayted"ə yollanacağı ilə bağlı sualı cavablandırıb.

Publika.az xəbər verir ki, 39 yaşlı mütəxəssis Portuqaliya Liqa Kubokunun 1/4 finalında "Nasional" üzərində qələbədən (3:1) sonra bu haqda danışıb:

“Heç kim bilmir ki, bu, vida oyunudur, ya yox. Hələ qərar verilməyib. Dediyim hər şey daha çox səs-küy yaradacaq. Klubdan açıqlama var, bunun xaricində təfərrüatları hələ bilmirik, görəcəyik.

“Mançester Yunayted” mənimlə maraqlanır, amma seçim mənimdir. Hər şey qərarlaşana qədər heç bir səs-küy salmayacağıq. İstədiyimi edəcəm, həmişə olduğu kimi.

Müqaviləm barədə danışmayacağam, bu mənimlə "Sportinq" arasındakı məsələdir. Deyə bilərəm ki, bütün lazımi məlumatlar var. Mən heç nə vəd edə bilmərəm. Bilirəm ki, sabah məşqdə olacam və növbəti oyuna hazırlaşacağam.

Bir klubdan təklif gəlməsinə nəzarət edə bilmirəm. Nəzarət edə biləcəyim şey mənim qərarımdır. Bu qərarı verəndə hər kəsi məlumatlandıracağam. Bəyanat yayılmazdan əvvəl futbolçulara baş verən hər şeyi izah etdim. Daha deyəcək heç nə yoxdur”,

Qeyd edək ki, ötən gün İngiltərə klubunun 39 yaşlı mütəxəssis üçün Portuqaliya komandasına 10 milyon avro təzminat ödəməyə razı olduğu və onunla 2+1 illik müqavilə imzalayacağı barədə məlumat yayılıb.

Amorim 2020-ci ildən "Sportinq"ə rəhbərlik edir. Onun dövründə komanda iki dəfə Portuqaliya çempionu olub, həmçinin iki dəfə Portuqaliya Liqa Kubokunu və bir dəfə ölkə Superkubokunu qazanıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm