Daha neçə oyun MY-ni idarə edəcək?
Bizi izləyin

İdman

Daha neçə oyun MY-ni idarə edəcək?

"Mançester Yunayted"in baş məşqçisi vəzifəsini icra edən Rud van Nistelroy daha 3 oyunda komandanın "sükanı arxasında" qalacaq.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Artıq klub yeni baş məşqçi ilə razılığa gəlib. Bu, "Sportinq"dən Ruben Amorim olacaq. Amma qeyd olunur ki, portuqaliyalılar bunu yalnız 3 oyundan sonra - noyabrın ortalarında millidə fasilə zamanı edə biləcək. Həmin vaxta qədər niderlanlı mütəxəssis vəzifəsini icra etməyə davam edəcək.

Amorim 2013-cü ildə Ser Aleks Ferqyusonun təqaüdə çıxmasından sonra "Yunayted"in altıncı baş məşqçisi olacaq. Mançester təmsilçisinin Amorimə 9,2 milyon funt sterlinq illik maaş (11 milyon avro) ödəyəcəyi gözlənilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm