Karyerasını bitirən ulduz futbolçuya ölkəsində görün nə təklif etdilər
Bizi izləyin

İdman

Karyerasını bitirən ulduz futbolçuya ölkəsində görün nə təklif etdilər

"Arsenal" , "Mançester Siti" və "Real"ın keçmiş hücumçusu Emmanuel Adebayora siyasətə qoşulmaq təklif edilib.

Publika.az xəbər verir ki, Toqonun müxalifət partiyası olan "Comite d'Action Pour Le Renouveau"nun rəhbəri Yavo Date Emmanueli onlara qoşulmağa çağırıb.

“İndi Emmanuel idmanla məşğul olmadığı üçün siyasətə qarışmalıdır. Onunla biz Toqoda azadlıq uğrunda siyasi mübarizəni davam etdirə bilərik.

Adebayorda biz əzmkarlıq və uğur nümunəsini görürük. O, toqolu gənclərin siyasi liderlərindən istədikləri ambisiya və dinamizmi təcəssüm etdirir”.

Qeyd edək ki, Toqo millisinin sabiq futbolçusu ötən il futboldan ayrılıb. Ötən həftə sonu Adebayor vida matçını Toqonun paytaxtı Lomedə keçirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm