İdman
Fernandu Santuş: “Həmişə çıxış yolu tapılmalıdır”
Həmişə çıxış yolu tapılmalıdır.
Publika.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və İsveç yığması ilə oyunlarla bağlı mətbuat konfransında deyib.
Mütəxəssis hücumdakı problemləri necə həll edəcəkləri ilə bağlı sualı cavablandırıb:
“Həmişə çıxış yolu tapılmalıdır. Əlimizdə olan materiallardan istifadə edəcəyik. Qarşıdan gələn məşqlərdə oyunçuları yoxlayacağıq və kimin hücumda oynaya biləcəyinə qərar verəcəyik”.
O, “Araz-Naxçıvan”ın futbolçusu Mustafa Əhmədzadənin oyununun onun diqqətini cəlb etdiyini bildirib:
“Mustafanın oyununu gördüm və məni cəlb etdi. Oyunu ilə diqqətimizi cəlb etdiyi üçün onu məşqlərə dəvət etməyi qərara aldıq”.
Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniya ilə qarşılaşacaq Azərbaycan yığması bundan 3 gün sonra səfərdə İsveçin qonağı olacaq.
-
MDB15:03Döyüşə balet rəqqası gedir? - Moskvada maraqlı məhkəmə
-
Pul14:26Azərbaycana 33 trilyon dollar vəsaiti idarə edən investorlar gəlib
-
Nida Xəbər 13:58Prezidentin sosial media hesablarında Bakıdakı forumda iştirakına dair video paylaşıldı
-
MDB13:41Ukrayna daha 3 yaşayış məntəqəsini itirdi - 2 kənd mühasirədədir
-
Ekologiya13:24Bakıda 29 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə13:18Bakıda vulkan püskürdü - Yeniləndi(Video)
-
İqtisadi gündəm12:09Emin Ağalarov: "İnanıram ki, uğur qazanacağıq!"
-
İqtisadi gündəm10:50Prezident: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür



















.jpg)














