İdman
Qurban Qurbanov bu klubun təklifindən niyə İMTİNA ETDİ?
Vaxtilə Azərbaycanda “Qarabağ” və “Qəbələ”də işləmiş, son dəfə isə Türkiyədə “Hatayspor”un idman direktoru vəzifəsində çalışmış Fatik Kavlak sportal.az-a müsahibə verib.
- Ötən mövsüm “Hatayspor”da Renat Dadaşovla birlikdə çalışırdınız. Onun “Hatayspor”a xeyrinin dəydiyini düşünürsüz?
- Renatla təəssüf ki, sadəcə 4 matç kimi qısa bir vaxtda çalışmaq fürsətim oldu. Məndən öncəki dönəmində performans dalğalanmaları yaşasa da, xüsusən də ötən mövsüm Superliqada qalmağımızda çox böyük xeyir verdi. Kritik anlarda meydançada göstərdiyi performans, komandamızın hədəflərinə çatmasına yardımçıq oldu. Renat xarakteri ilə də komandanın önəmli parçası idi.
- Maraqlıdır, “Hatayspor”da olduğunuz zaman heç digər azərbaycanlı futbolçulardan kimisə transfer etmək istəmişdiniz? Siyahıda kimsə var idi?
- Azərbaycan futbolunda işləmiş, daha sonra Azərbaycan futbolunu yaxından izləyən biri olaraq bəzi azərbaycanlı futbolçular üzərində fikir yürüdürdüm, düşünmüşdüm. Lakin transfer şərtlərinə görə bunu etmədik. Azərbaycanlı futbolçuların istedadlarından faydalanmağı çox istərdim. Lakin həmin dönəmdəki şərtlər uyğun deyildi.
- Renat bu yay “Ankaragücü” klubuna keçdi. Onun həmin klubdakı performansını necə dəyərləndirirsiz?
- Renat hər oyunda “Ankaragücü”nün heyətində ilk onbirlikdə meydana çıxmasa da, oyuna daxil olduqdan sonra nəticəyə təsir edə bilir. Həm də, komandanın gücünə güc qatdı. Məncə, Renat liqanın səviyyəsindən üstün olan futbolçudur. Bunu da meydandakı effektli performansı ilə göstərir. Mövsüm boyunca “Ankaragücü”nə önəmli təsirlər edəcəyinə inanıram.
- Bir ara adınız “Neftçi” ilə hallanırdı. Bu kluba idman direktoru kimi gələcəyiniz deyilirdi. Niyə baş tutmadı?
- Mənə edilən və ya edilməyən təkliflər haqqında spekulyasiya etmək istəmirəm. Mən belə məsələlərə münasibət bildirməməyi üstün tuturam.
- Yenidən Azərbaycana dönməyi özünüz istəyirsiz?
- Azərbaycan futbolu mənə çox şey qatdı. Oradakı iş mühitini sevirəm. Münasib layihə olarsa, baş məşqçi kimi işləməkdən məmnun olaram.
- “Hatayspor”da işlədiyiniz dönəmdə rəhbərliyə Qurban Qurbanovu baş məşqçi kimi gətirməyi təklif etdiyinizi bilirəm. Alınmamasına səbəb nə idi? Maraqlıdır, sonradan onu başqa kluba təklif etmişdiniz?
- Bəli, o vaxt “Qarabağ” rəhbərliyinin icazəsi ilə Qurban Qurbanovla görüşümüz olmuşdu. Bununla belə, Qurban Qurbanov karyerasını “Qarabağ”da davam etdirməyi daha məqsədəuyğun olduğunu hesab etmişdi. Onunla başqa klub üçün görüşməmişdim. Qurbanovun futbolçuluq və məşqçilik karyerasında verdiyi töhfələr Azərbaycan üçün çox dəyərlidir.
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgidə gözlənilməz yaxınlaşma sizi sevindirə bilər
-
Nida Xəbər 00:10XİN: Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz iz qoyub
-
Magazin111 Dekabr 23:00Pərvinin villasının içində görün nələr var - VİDEO
-
Pul11 Dekabr 22:12Dollar və avro BAHALAŞDI
-
Sosial11 Dekabr 21:36Bakıda 14 yaşlı qız ANA OLDU: hər ikisinin vəziyyəti... - YENİLƏNDİ
-
Nida Xəbər 11 Dekabr 19:24Əli Abbasov deputat mandatından məhrum edildi
-
Sosial11 Dekabr 19:00Paytaxtın bu ərazilərində QAZ KƏSİLƏCK
-
Avropa11 Dekabr 18:50Xanım mer şəhər şurasının KATİBİNİ DÖYDÜ - Sağlamlığına ciddi ziyan dəyib





























.jpg)






