İdman
Bizim üçün "Qarabağ" sözünün mənası xüsusi əhəmiyyət daşıyır - Benzia
"Əvvəllər oynadığım "Lion"a qarşı meydana çıxmaq maraqlı olacaq. İndi isə "Qarabağ"ın üzvüyəm. Mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çox vacib oyundur".
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Yassin Benzia Avropa Liqasının 5-ci turunda qarşılaşacaqları “Lion”la oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. Əlcəzairli yarımmüdafiəçi daha sonra həm yerli, həm də fransız jurnalistlərin suallarını cavablandırıb:
- Əvvəl oynadığınız "Lion"la indiki arasında hansı fərqlər var? Sizcə, hansı komanda daha güclüdür?
- Çox böyük fərq var. Klub prezidentləri də dəyişib. Mən oynadığım zaman yüksək performans göstərirdik. Ancaq indiki "Lion" da çox yüksək səviyyəli komandadır.
- "Qarabağ"da oynamaq sizə hansı üstünlüklər verib?
- Bizim üçün Qarabağ sözünün mənası xüsusi əhəmiyyət daşıyır. Bu klubun formasını geyinmək, şərəfini qorumağa çalışırıq.
- Xüsusi deyəndə, nəyi nəzərdə tutursuz? Burada gördüyünüz yeniliklər haqda nə deyə bilərsiz?
- Biz hansısa kəşfiyyat məlumatları ilə məşğul deyilik. Baş məşqçimiz çox güclüdür. Mən xüsusi deyəndə müharibəyə görə "Qarabağ"ın Bakıda yerləşməsini nəzərdə tuturam.
- "Lion"a qarşı oynayacaqsız. Necə hissdir?
- Ən yaxşı şəkildə hazırlaşmışıq. "Qarabağ"ın adı xüsusi mahiyyət daşıyır deyə, sona qədər mübarizə aparacağıq. "Lion"u tərk etdikdən sonra sabiq komandama qarşı 3-4 dəfə çıxış etmişəm.
Heybət
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük uğurlar qazanacaqsınız
-
Sosial6 Yanvar 23:00Dəm qazından boğulub ölən Şükranın FOTOSU
-
MDB6 Yanvar 22:12Qardaş ölkədən ÜZÜCÜ XƏBƏR - 15-ə yaxın xəsarət alan var
-
Sosial6 Yanvar 21:36Dubaydakı dəbdəbəli toyun sahibi bu deputatın qardaşı imiş - VİDEO
-
Magazin26 Yanvar 21:00“Eşref Rüya” izləyicilərinə PİS XƏBƏR
-
ABŞ6 Yanvar 20:36"Lənət şeytana, pressinq et" - Alonso ona qışqırıb
-
Sosial6 Yanvar 20:00Leyla Sarabiyə vəzifə verildi
-
Sosial6 Yanvar 17:47Azər Zahid və köməkçisi barədə cinayət işinə xitam verildi



















.jpg)

















.jpg)
