İdman
"Real" axtardığını İngiltərədə tapdı
Ukraynalı mərkəz müdafiəçisi İlya Zabarnı İngiltərənin "Bornmut" klubunu tərk edə bilər.
Publika.az "El Gol Digital"a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu uzun müddətdir "Real"ın prezidenti Florentino Peres tərəfindən izlənilir. Funksioner İlyanın transferi üçün kluba "yaşıl işıq" yandırıb.
"Bornmut" gələn yay ukraynalını 60 milyon avroya satmağa hazırdır. Madrid klubu bu transfer üçün əsas namizədlərdən biri olacaq.
2024/2025 mövsümündə İlya Zabarnı klub səviyyəsində 13 oyun keçirib. "Transfermarkt" portalı onun dəyərini 32 milyon avro olaraq qiymətləndirir.
Xatırladaq ki, “Real”ın əsas mərkəz müdafiəçisi Eder Militao dizinin çarpaz bağlarını qırdığı üçün uzun müddət yaşıl meydanlardan kənarda qalıb. Klubun digər müdafiəçisi David Alaba isə ağır zədədən sonra meydanlara qayıda bilmir. Buna görə "Los Blankos" mərkəz müdafiəçisi axtarışındadır.
Heybət
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika7 Oktyabr 15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman7 Oktyabr 11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR







.png)





























