"Qəbələ" səfərdə "Şəfa"nı məğlub etdi
Bizi izləyin

İdman

"Qəbələ" səfərdə "Şəfa"nı məğlub etdi

"Qəbələ" səfərdə "Şəfa"nı məğlub etdi

Azərbaycan Premyer Liqasının XII turunda daha bir görüş keçirilib.

Publika.az xəbər verir ki, "Qəbələ" səfərdə "Şəfa" ilə üz-üzə gəlib.

"SOCAR Polymer Arena"da təşkil olunan qarşılaşmada Qəbələ təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Bölgə təmsilçisinin heyətində 59-cu dəqiqədə Şahin Şahniyarov, 90+2-ci dəqiqədə isə Meşak Uboçioma fərqləniblər.

Bu nəticədən sonra "Qəbələ" 11 xalla 9-cu pillədə qərarlaşıb. 5 xala malik Bakı klubu isə 11-ci yerdədir.

Xatırladaq ki, XII turun ilk oyun günündə "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"a (5:1), "Turan Tovuz" isə "Şamaxı"ya (2:0) qalib gəlib. Tura noyabrın 22-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm