İdman
O da "300"-lərin siyahısına qoşuldu
Azərbaycan Premyer Liqasının 16-cı turu “Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov üçün əlamətdar olub.
Publika.az xəbər verirk i, 31 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. Onun yubileyi “Səbail”lə səfər görüşünə (2:0) təsadüf edib. Slavik 300 oyunda 15 qola imza atıb.
Alxasov Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 29-cu futbolçudur.
Debütü 2011/12 mövsümündə “Sumqayıt”da gerçəkləşən futbolçu, ümumilikdə 7 klubda forma geyinib. O, Sumqayıtın eyniadlı komandasında 126 (3 qol), “Xəzər Lənkəran”da 10, “İnter” və “Keşlə” adlandığı illərdə “Şamaxı”da 92 (10 qol), “Sabah”da 34 (2 oyun), “Zirə”də 20, “Turan Tovuz”da 7, “Araz-Naxçıvan”da 11 matçda meydana çıxıb.
Qeyd edək ki, Slavik buna cari mövsümdə nail olan ikinci oyunçudur. “Araz-Naxçıvan”ın digər müdafiəçisi Urfan Abbasov da 300-cü oyununu mövsümün gedişində keçirib.
Heybət
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi



























.jpg)








