İdman
İkardi Vandanı intim videolarla şantaj edir: çarpayımı 60 kamera çəkirdi
Məşhur argentinalı model və teleaparıcı Vanda Nara keçmiş əri, hazırda Türkiyənin “Qalatasaray” klubunun futbolçusu olan Mauro İkardiyə qarşı ittihamlar səsləndirib.
Publika.az xəbər verir ki, Vanda canlı efirdə İkardinin intim videolar yaymaqla hədələdiyini bildirib. O, həmçinin İkardinin onu mediada rüsvay etmək üçün jurnalistlərə 20 min dollardan çox pul ödəməkdə ittiham edib:
“O, məni intim videolarla hədələyir. Onda çoxlu videolar olmalıdır. O, mənimlə 12 il yaşayıb. Çarpayımı çəkən 60-dan çox kamerası var idi”, – deyə Nara deyib.
Vanda, həmçinin iddia edib ki, ayrılanda İkardi onun həyatını məhv edəcəyinə söz verib.
“Spartak”ın keçmiş hücumçusu Keyta Balde ilə münasibəti ilə bağlı yayılan söz-söhbətlərə gəlincə, Vanda bunu təsdiqləsə də, bunların İkardidən ayrıldığı dövrdə baş verdiyinə aydınlıq gətirib: “Onun bundan xəbəri var, mən ona dedim. Gizlədəcək heç nə yoxdur”.
Keçmişdə Vanda “Barselona”nın sabiq futbolçusu Maksi Lopeslə evli olub və ondan üç oğlu dünyaya gəlib. Daha sonra iki qızı olan Mauro İkardi ilə evlənib.
Heybət
-
Nəqliyyat07:35Taksi kartı ilə bağlı sürücüləri çaşbaş salan vəziyyət: "Xəbərimiz yoxdur" - VİDEO
-
Magazin207:15Məşhur aparıcı yıxılıb xəstəxanalıq oldu: ombası sınıb
-
Sağlamlıq05:45Uzunömürlülük üçün hansı yaşda nə etmək lazımdır?
-
Dünya04:30Netanyahu İranı yenə hədələdi: Görünməmiş güclə...
-
Ekologiya02:44Son 25 ilin ən güclü maqnit qasırğası qeydə alındı
-
Qoroskop01:40Həyatınızdakı "bağlı qapı"lar açılmağa hazırlaşır
-
Hadisə19 Yanvar 23:29Azərbaycanda zəlzələ oldu
-
Dəb19 Yanvar 21:52Moda əfsanəsi Valentino vəfat etdi













.jpg)




.jpg)



















