İdman
Bu klub futbolçularını sosial şəbəkədə hərraca çıxardı
Ukraynanın Birinci Liqa klubu “Metallurq” maraqlı addım atıb.
Publika.az xəbər verir ki, Zaporojye klubu sosial şəbəkələrdə transfer təkliflərini qəbul etməyə hazır olduqları futbolçuların siyahısını dərc edib.
“Klubumuz daim inkişafa can atır və futbolçularının irəliləməsi üçün imkanlar yaradır. Ona görə də bəzi futbolçuların transferi ilə bağlı təkliflərə açığıq. Biz əməkdaşlığın şərtləri və formatlarını müzakirə etməyə hazırıq”, - deyə klubun "Telegram" səhifəsində bildirilib.
Komandanı tərk edə biləcək oyunçular aşağıdakılardır:
Timofey Khussin (22 yaş, yarımmüdafiəçi)
Ruslan Buryak (26 yaş, hücumçu, bu mövsüm beş matçda bir qol)
Denis Kurilets (23 yaş, yarımmüdafiəçi)
Valentin Kuzmoviç (22 yaş, yarımmüdafiəçi)
Andrey Sledzevski (24 yaş, qapıçı)
Qeyd edək ki, “Metallurq” mövsümün ikinci hissəsində yaşamaq uğrunda mübarizəni davam etdirəcək. Zaporojye klubu 17 xal toplayıb və Eliminasiya Qrupunda 11-ci yerdə qərarlaşıb.
Heybət
-
Ekologiya07:17Qar yağacaq, şaxta olacaq - PROQNOZ
-
Nida Xəbər 06:30Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
-
Magazin106:16“Necə sevirdim, Allah, şəhid olan atamı…” - VİDEO
-
Nəqliyyat05:45Ağsu dolaylarında hərəkət çətinləşdi - FOTO
-
Rəsmi xronika03:43"Azərbaycan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir" - Prezident
-
Hadisə03:40Ağsuda zəlzələ oldu
-
İqtisadi gündəm02:12Qızılın qiyməti bütün tarixi REKORDLARI QIRDI
-
Magazin201:11"Kuruluş Osman"ın aktrisası yeni serialda - FOTO



































