İtaliyanın bu klubu itlə müqavilə bağladı - FOTO
Bizi izləyin

İdman

İtaliyanın bu klubu itlə müqavilə bağladı - FOTO

İtaliyanın bu klubu itlə müqavilə bağladı - FOTO

İtaliyanın ikinci divizionunda çıxış edən “Empoli” klubu itlə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

“Maui” ləqəbli it peşəkar futbolçularla eyni imzalanma prosedurundan keçərək rəsmi olaraq “Empoli”nin maskotu olub.

Klubun şərfi Mauinin boynuna taxılıb və fotosessiya da edilib.

Qeyd olunur ki, razılaşma Mauinin statusunu möhkəmləndirib: o, artıq tədbirlərdə iştirak edəcək, tribunalarda və mediada görünəcək, həmçinin klubun canlı simvolu kimi xidmət edəcək.

“Empoli” İtaliya Seriyası B-nin düşmə zonasındadır – komandanın 11 oyundan sonra 9 xalı var.

Publika.az

Maui klubu ilə müqavilə imzaladı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm