İdman
AFFA Lənkəran və Masallıdakı stadionları alır? - RƏSMİ AÇIQLAMA
“AFFA rəhbərliyinin Lənkəran və Masallı stadionları ilə bağlı qarşı tərəfllə təmasa keçməsi həqiqəti əks etdirmir”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli AFFA-nın yeni strategiyasına əsasən Lənkəran və Masallıdakı stadionların alınması və orada yenidənqurma işlərinin görüləcəyi ilə bağlı “İdmanxeber.az” saytında yayılan xəbərə münasibət bildirərkən deyib. Qurumun sözcüsü yeni strategiyanın yaxın günlərdə ictimaiyyətə təqdim olunacağını və hər kəsin orada yer alan müddəalarla tanış ola biləcəyini də vurğulayıb.
Qeyd edək ki, Lənkərandakı stadion 2006-cı ildə istifadəyə verilib. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib. Hazırda futbolsuz qalan arenanın durumu heç də yaxşı deyil. Anatoli Banişevski adına Masallı şəhər stadionunun durumu daha bərbaddır. Bir vaxtlar ölkə çempionatının oyunlarını qəbul edən idman qurğusundan sadəcə boz divarlar qalıb.
Heybət Məmmədov


-
İdman20:45Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyunu başladı - YENİLƏNİR
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq























.jpg)


.jpg)






