İdman
“Barselona” “Real Madrid”i darmadağın etdi
Futbol üzrə İspaniya Superkubokunun qalibi bəlli olub.
Publika.az xəbər verir ki, həlledici oyunda "Real Madrid" və "Barselona" komandaları qarşılaşıb. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüş Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da "Barselona" tarixində 15-ci dəfə İspaniya Superkubokun qalibi olub.
Matçı hakim Xesus Xil Mansano idarə edib.
Qarşılaşmada hesab beşinci dəqiqədə açılıb - "Real Madrid"in hücumçusu Kilian Mbappe Vinisius Juniorun ötürməsini qola çevirib. "Barselona"nın cavab qolunu 22-ci dəqiqədə Robert Levandovskinin ötürməsi ilə cinah hücumçusu Lamin Yamal vurub. 36-cı dəqiqədə Levandovski penaltini qola çevirib. Üç dəqiqə sonra Barselona"nın braziliyalı futbolçusu Rafinya Dias hesabdakı fərqi artırıb. Birinci hissəyə əlavə olunmuş 10-cu dəqiqədə Kataloniya klubunun müdafiəçisi Aleks Balde hesabı darmadağın həddinə edib. 48-ci dəqiqədə Rafinya dubl edib.
Qeyd edək ki, "Barselona"nın qapıçısı Voyçex Şensnı 57-ci dəqiqədə meydandan qovulub.
Komandalar cari mövsümdə ikinci dəfə qarşılaşıblar. Oktyabrın 26-da "Barselona" İspaniya çempionatının XI turunda "Real"ı 4:0 hesabı ilə məğlub edib. "Barselona" 28 oktyabr 2018-ci ildən ilk dəfə "Real"ın qapısından beş top keçirib, həmin vaxt kataloniyalılar evdə İspaniya çempionatında 5-1 hesabı ilə qələbə qazanıblar.
"Barselona" İspaniya Superkubokunu 15-ci dəfə qazanıb, komanda bu göstəriciyə görə rekorda imza atıb. "Real" kuboku 13 dəfə qazanıb. Madrid komandası 2024-cü ildə finalda "Barselona"nı 4:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
-
Elm və təhsil22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası
-
Nida Xəbər 18:50Prezident təsdiqlədi: ictimai yerlərdə elektron siqaret çəkənlər...
-
Sosial17:20Bu avtobuslarda yeni qiymətlər müəyyənləşdi
-
Dünya16:52İlbər Ortaylı vəfat etdi
-
İdman16:02Messiyə "Barselona"da bu vəzifə veriləcək













.jpg)























