Kokain qaçaqmalçılığında şübhəli bilinirdi - İlk dəfə danışdı
Bizi izləyin

İdman

Kokain qaçaqmalçılığında şübhəli bilinirdi - İlk dəfə danışdı

“Lokeren”in belçikalı 36 yaşlı yarımmüdafiəçisi Raca Nainqqolan kokain qaçaqmalçılığı ilə əlaqə şübhəsi ilə həbs olunmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, Raca ona dəstək olan hər kəsə təşəkkür edib:

“Son bir neçə günün nə qədər çətin olduğunu təsəvvür edə bilərsiniz.

Mənə ürəkdən dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Ailəmin və dostlarımın dəstəyi, həmçinin “Lokeren”, onun heyrətamiz azarkeşləri və komanda yoldaşlarımın sədaqəti və etibarı mənə irəliləmək üçün güc verir.

İndi evdə olduğum üçün bütün diqqətimi futbola yönəltmək və ruhumun dincliyini bərpa etmək istəyirəm”.

Prokurorluq qeyd edib ki, Cənubi Amerikadan Belçikaya mümkün kokain idxalı ilə bağlı araşdırma davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm