Şevçenko onu yıxıb-sürüdü
Bizi izləyin

İdman

Şevçenko onu yıxıb-sürüdü

“Milan”ın sabiq hücumçusu və “Qızıl top”un sahibi Andrey Şevçenko “rossoneri”nin portuqaliyalı hücumçusu Rafael Leaonu tənqid edib.

Publika.az xəbər verir ki, jurnalist Nikolo Şira sosial şəbəkədə Şevçenkodan sitat gətirib:

“Milan”ın sabitliyi yoxdur. Leau lider deyil. Əhəmiyyətli oyunçu olmaq və özünü “Milan”ın tarixinə yazmaq istəyirsə, daha çox şey verməlidir. “Milan üçün oynayırsansa, oyunda gəzmək qəbuledilməzdir, hər dəfə meydançaya çıxanda təzyiq var və sən yalnız gözünün qarşında olanı istəməlisən”.

Bu mövsüm Leao klub üçün bütün turnirlərdə 29 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm