Komissar inqilab etmək istəyir: Narazılıqlar var
Bizi izləyin

İdman

Komissar inqilab etmək istəyir: Narazılıqlar var

NBA komissarı Adam Silver matçların oyun vaxtını əhəmiyyətli dərəcədə azaltmağı təklif edərək liqanı digər turnirlərin standartlarına yaxınlaşdırmaq istəyir.

Publika.az xəbər verir ki, 62 yaşlı amerikalı funksioner bunu “Dan Patrik” şousu zamanı deyib.

Silver, NBA-nın hazırda oyunları 48 dəqiqə davam edən yeganə liqa olduğuna diqqət çəkib. Ona görə də oyunun hər hissəsinin vaxtını 12 dəqiqədən 10 dəqiqəyə endirmək istəyir:

“NBA 48 dəqiqəlik oyun oynayan yeganə liqadır. Mən 10 dəqiqəlik dörd hissəsnin tərəfdarıyam. Düşünürəm ki, iki saatlıq oyun formatı müasir televiziya vərdişlərinə daha çox uyğun gəlir”.

Komissar həmçinin etiraf edib ki, belə bir qayda dəyişikliyi oyun qeydlərinə və statistik müqayisələrə potensial təsir göstərə bilər. Bununla belə, onun fikrincə, bunu müzakirə etməyə dəyər.

Silverin ideyası videonun şərh bölməsində basketbol həvəskarları tərəfindən bəyənilməyib. Onlar qeyd ediblər ki, oyun vaxtını azaltmağa dəyməz. Çünki çoxlu fasilələr və reklamlar səbəbindən artıq əziyyət çəkirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm