İdman
“Bavariya” “Ayntraxt Frankfurt”u darmadağın etdi
“Bavariya” Bundesliqanın 23-ci turunda çempionatda üçüncü sırada qərarlaşan “Ayntraxt Frankfurt” ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, görüşdə münxenlilər böyükhesablı qələbə qazanıblar - 4:0.
Gün ərzində oynanılan digər iki görüş isə heç-heçə başa çatıb. “Leyptsiq” doğma meydanda “Haydenhaym” ilə qarşılaşmada hesabda geri düşməsinə baxmayaraq, heç-heçəyə nail olmağı bacarıb - 2:2. “Hoffenhaym” – “Ştutqart” görüşündə isə komandalar hərəyə bir dəfə fərqlənib - 1:1.
Xatırladaq ki, çempionatın digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
“Frayburq” – “Verder Bremen” – 5:0
“Volfsburq” – “Boxum” – 1:1.
“Maynts” – “St Pauli” - 2:0
“Borussiya Münxenqladbax” – “Auqsburq” - 0:3
“Holşteyn Keyl” – “Bayer Leverkuzen” - 0:2
“Borussiya Dortmund” – “Union Berlin” - 6:0
Bundesliqaya 23 turdan sonra 58 xalla “Bavariya” başçılıq edir. “Bayer Leverkuzen” 50 xalla ikinci, “Ayntraxt Frankfurt” 42 xalla üçüncüdür. Son dörd oyunda xal itirməyən “Frayburq” 39 xalla dördüncü, ondan bir xal geri qalan “Maynts” beşinci pillədə qərarlaşıb. Ardıcıl iki oyunda heç-heçə edən “Leyptsiq” 38 xalla altıncı sıraya düşüb. “Ştutqart” (36 xal), “Volfsburq”(34), “Borussiya Münxenqladbax” (34) və “Borussiya Dortmund” (32) müvafiq olaraq 7-10-cu pillələrdə yer alıb.
Bundesliqada sonrakı yerləri “Auqsburq” (31), “Verder Bremen” (30), “Union Berlin” (24), “Hoffenhaym” (22), “St Pauli” (21), “Haydenhaym” (15), “Boxum” (15), “Holştayn Kiel” (13) tutur.
Bundesliqanın 24-cü turunun görüşləri 28 fevral – 2 mart tarixlərində keçiriləcək.
-
Magazin106:16Günel hindistanlı həyat yoldaşı ilə belə dincəlir - FOTO
-
Mətbəx05:45Təzə lobya sirkəli suda saxlanılmalıdır?
-
Sağlamlıq04:14Saqqızın tərkibindəki bu badədə faydalı imiş...
-
Yaxın Şərq03:43Hörmüz boğazı yaxınlığındakı kəndə mərmilər düşdü
-
İdman02:12Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi






























.jpg)