Mətbəx
Parisdə Azərbaycan mətbəxinin təqdimatı oldu - FOTO
Parisdə Azərbaycan mədəniyyətinin və milli kulinariya irsinin tanıdılması istiqamətində növbəti maraqlı tədbir keçirilib. Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində səfirliyin və Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə milli mətbəximizin incilərindən olan yarpaq dolmasına həsr edilmiş ustad-dərsi təşkil olunub.
Publika.az xəbər verir ki, ustad-dərsi tanınmış food blogger Ülviyyə Məmmədli aparıb. Tədbirin əvvəlində o, Azərbaycan milli mətbəxinin zəngin tarixi və rəngarəngliyi haqqında geniş məlumat verərək bildirib ki, milli mətbəximiz yalnız dadı ilə deyil, həm də sağlamlıq baxımından dəyəri ilə seçilir. Onun sözlərinə görə, qida insanları bir araya gətirən mühüm mədəni körpüdür və hər bir milli yemək xalqın tarixini, adət-ənənələrini və həyat tərzini əks etdirir.
Ülviyyə Məmmədli qeyd edib ki, dolma Azərbaycan mətbəxinin ən sevilən və ən qədim yeməklərindən biridir. O vurğulayıb ki, ölkəmizdə dolmanın 300-ə yaxın növü hazırlanır və onların arasında yarpaq dolması özünəməxsus yeri ilə seçilir.
Ustad dərsi zamanı iştirakçılara yarpaq dolmasının hazırlanması üçün istifadə olunan ərzaqlar təqdim olunub, içliyin hazırlanması, dolmanın düzgün bükülmə texnikası və bişirilmə qaydaları ətraflı izah edilib. Daha sonra fransız iştirakçılar da prosesə qoşularaq özləri yarpaq dolması büküblər və Azərbaycan mətbəxinin sirlərini praktik şəkildə öyrənmək imkanı əldə ediblər.
Tədbirin sonunda iştirakçılar hazırlanan yarpaq dolmasını dadaraq onun özünəməxsus ləzzətini yüksək qiymətləndiriblər.
Kulinar təqdimat bununla yekunlaşmayıb. Qonaqlar həmçinin Azərbaycan çay süfrəsi ənənələri ilə tanış olublar. Ülviyyə Məmmədlinin hazırladığı müxtəlif milli şirniyyatlar və mürəbbələrlə bəzədilmiş çay süfrəsi ətrafında səmimi söhbətlər aparılıb, iştirakçıların Azərbaycan mətbəxi və kulinariya ənənələri ilə bağlı sualları cavablandırılıb.
Tədbirin əsas məqsədi Azərbaycan milli mətbəxinin Fransada daha geniş tanıdılması, onun zəngin kulinariya irsinin təbliği və iki xalq arasında mədəni əlaqələrin möhkəmləndirilməsi olub. Ustad dərsi iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanaraq Azərbaycan mətbəxinin beynəlxalq səviyyədə tanıdılmasına növbəti mühüm töhfə kimi qiymətləndirilib.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















