Yaxın Şərq
ABŞ ordusu İran hədəflərinə zərbələr endirir
ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı rayonunda İran hədəflərinə təkrar zərbələr endirir.
Publika.az xəbər verir ki, bu barədə "Axios" agentliyi X sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edilib ki, Amerika hərbçiləri İranın iyunun 27-də ticarət gəmisinə endirdiyi zərbəyə cavab verirlər.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlərə, həmçinin sahil radiolokasiya stansiyalarına zərbələr endirildiyini bildirib. CENTCOM bəyan edib ki, əməliyyat İranın Hörmüz boğazında gəmiyə hücumuna cavab olub.
İyunun 26-da ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazında atəşkəs rejimini pozmaqda ittiham edib. Onun sözlərinə görə, Tehran Hörmüz boğazında gəmilərə qarşı azı dörd kamikadze pilotsuz uçuş aparatı buraxıb. Onlardan biri iri, bahalı yük gəmisinin yuxarı göyərtəsinə birbaşa zərbə endirsə də, gəmi yoluna davam edə bilib.
Hüseyn İbadlı
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı







































