Messi "Barselona"ya qayıtmayacaq: Bu şəxsə görə
Bizi izləyin

İdman

Messi "Barselona"ya qayıtmayacaq: Bu şəxsə görə

Messi "Barselona"ya qayıtmayacaq: Bu şəxsə görə

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi "Barselona"ya qayıtmaq niyyətində deyil.

Publika.az xəbər verir ki, bu barədə nüfuzlu jurnalist Qilhem Balaqe məlumat verib.

Mənbənin sözlərinə görə, argentinalı ulduz yenilənmiş "Kamp Nou" stadionunda oynamaq istəyinə baxmayaraq, Xuan Laporta "Barsa"nın rəhbəri olduğu müddətdə Kataloniya klubuna keçməyəcək.

O qeyd edir ki, "İnter Mayami" Lioneli komandada qalmağa razı salacaq.

Xatırladaq ki, Messi "İnter Mayami" ilə 2023-cü ilin yayında müqavilə imzalayıb. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimidir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm