Dünya
Polşalı deputatdan çağırış: Ukraynalılar ölkələrinə qaytarılmalıdır
Polşa Seyminin deputatı Yanuş Kovalski Ukrayna vətəndaşlarının məcburi şəkildə ölkələrinə geri göndərilməsini nəzərdə tutan dövlət proqramının həyata keçirilməsinə çağırıb.
Publika.az xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Polşa artıq ukraynalıların geri qayıtması prosesinə başlamalıdır.
“Ukraynalıların Polşadan Ukraynaya göndərilməsi proqramına başlamağın vaxtıdır. Hamı öz ölkəsinə qayıtmalıdır”, - Kovalski bildirib.
Qeyd olunur ki, deputat bundan əvvəl də Polşanın dövlət qurumlarında nə qədər Ukrayna vətəndaşının çalışdığını müəyyənləşdirmək məqsədilə parlament yoxlamasının başlanmasına təşəbbüs göstərib.
Məlumata görə, son dövrlərdə Varşava ilə Kiyev arasında münasibətlər tarixi məsələlər fonunda gərginləşib. Polşa tərəfi Ukraynada bəzi tarixi fiqurların qəhrəmanlaşdırılmasına etiraz edir və onları İkinci Dünya müharibəsi dövründə minlərlə dinc polyakın qətli ilə əlaqələndirir.
Bununla yanaşı, mənbədə Polşa prezidenti Karol Navrotskinin iyunun 19-da Ukrayna prezidenti Vladimir Zelenskini ölkənin ali mükafatı hesab olunan “Ağ Qartal” ordenindən məhrum etdiyi iddia olunur. Ardınca bir sıra ukraynalı siyasətçilərin də Polşa mükafatlarından imtina etdiyi qeyd edilir.
Adəm
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
















.jpg)




















