İdman
Avarçəkmə üzrə “Prezident Kuboku” 3-cü dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planında
Avropa Kanoe Assosiasiyası “ECA” “Prezident Kuboku-2025” beynəlxalq reqatasını rəsmi təqvim planına daxil edib.
Publika.az xəbər verir ki, assosiasiyanın rəsmi internet səhifəsində reqata haqqında geniş məqalə dərc olunub. Yazıda iştirakçı komandaların Bakıya gəlişi, açılış mərasimi, yarış və bağlanış günləri haqqında məlumat verilib.
Təsdiqlənmiş təqvimə əsasən iştirakçı komandalar 2025-ci il 28 aprel tarixində Bakıya gələcək. Bir gün sonra Mingəçevirdə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Aprelin 30-u Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata 1-2 may tarixlərində Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) davam edəcək. Mayın 2-də yarışların final görüşləri keçiriləcək.
Xatırladaq ki, “Prezident Kuboku-2023” və “Prezident Kuboku-2024” beynəlxalq reqataları da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.
Xəbərin yer aldığı Avropa Kanoe Assosiasiyasının rəsmi internet səhifəsinə daxil olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://www.canoe-europe.org/news/invitation-international-president-cup-2025-regatta-in-azerbaijan-3141
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı





























.jpg)


