İdman
"Qəbələ" darmadağınla Premyer Liqaya qayıtdı
"Qəbələ" klubu bir illik fasilədən sonra Azərbaycan Premyer Liqasına qayıdır.
Publika.az xəbər verir ki, bu, "qırmızı-qaralar"ın Birinci Liqanın 20-ci turunda "Baku Sportinq" klubunu səfərdə 5:0 hesabı ilə məğlub etməsindən sonra məlum olub. Bu qələbə sayəsində xallarının sayını 52-yə çatdıran "Qəbələ"nin mövsümü üçüncü pillədən aşağıda bitirməyəcəyi müəyyənləşib.
Bu o deməkdir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi komanda çempionatın mövsümün gedişində yenilənən əsasnaməsinə əsasən uyğun olaraq, Premyer Liqaya vəsiqə qazanıb. AFFA-nın lisenziya tələblərinə cavab verən "Qəbələ"nin elitaya qayıtmasında problem olacağı güman edilmir.
Qeyd edək ki, Birinci Liqanın əsasnaməsinə görə yüksək yerləri tutan və lisenziya tələblərinə cavab verən 3 klub Premyer Liqada iştirak etmək hüququ qazanacaq.
Xatırladaq ki, "Qəbələ" 2023/24 mövsümündə Premyer Liqanı sonuncu sırada başa vuraraq Birinci Liqaya yuvarlanmışdı.
Heybət
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız























.jpg)














