İdman
Banklardakı əmanət faizləri niyə yüksəlib? - VİDEO
Azərbaycanda mövcud olan 22 bankdan 9-u pulu əhalidən ən yüksək faizlə, yəni 12 faizlə qəbul etməyə başlayıblar. Hansı ki, banklara 12-dən yuxarı faizlə qoyulan vəsaitlər sığortalanmır.
Publika.az xəbər verir ki, 2025-ci ilin yanvar-mart ayları üzrə inflyasiya göstəricisindən 2 dəfə çoxdur. Həmçinin maraqlıdır ki, bankların əhalidən cəlb etdikləri vəsaitin məbləği verilən kreditləri üstələyir.
Mərkəzi Bankın məlumatına görə, təkcə 2025-ci ilin fevral ayında banklar fiziki şəxslərdən 137,2 milyon manat əmanət cəlb etsələr də, cəmi 77,7 milyon manat kredit veriblər.
Maraqlıdır ki, bankların vəsaitləri qanunun imkan verdiyi ən yüksək faizlə qəbul etməsinə səbəb nədir?
İqtisadçı Xalid Kərimli bildirib ki, 2023-cü ilin dekabrından etibarən Mərkəzi Bank bankların məcburi ehtiyat normalarını artırıb:
"Nəticə etibarilə banklar vətəndaşlardan, hüquqi şəxslərdən cəlb etdikləri vəsaitlərin 20-25 faizini Mərkəzi Bankda ehtiyat norması kimi saxlamaq məcburiyyətində qaldılar. Resursların bir hissəsinin Mərkəzi Bankda ehtiyat norması kimi saxlamaq tələbi ona gətirib çıxarır ki, bankların cəlb etdikləri resursların mayası bahalaşır, eyni zamanda, əllərində olan resursların həcmi məhdudlaşır".
Əmanətlərin faizlərinin artması özünü kreditlərin faizlərində də göstərir. Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin mart ayının əvvəlinə yeni verilmiş kreditlərin orta faizi 16,07 olsa da 2025-ci ilin eyni ayında bu göstərici 18,07 faizə yüksəlib.
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir











.jpg)
.webp)










.jpg)












