Olimpiya çempionu Süleyman Kərimovla münaqişə yaşayır? – Bəyanat yaydı
Bizi izləyin

İdman

Olimpiya çempionu Süleyman Kərimovla münaqişə yaşayır? – Bəyanat yaydı

Olimpiya çempionu Süleyman Kərimovla münaqişə yaşayır? – Bəyanat yaydı

Sərbəst güləş üzrə Olimpiya çempionu Əbdülrəşid Sadulayev biznesmen Süleyman Kərimovla mübahisəsi etdiyi ilə bağlı sosial şəbəkədə yayılan məlumata müenasibət bildirib.

Publika.az xəbər verir ki, bundan əvvəl KİV (“Novie İzvestiya”) Sadulayevlə iş adamı Kərimov arasında yaranan əmlak mübahisəsi barədə məlumat yayıb. İddialara görə, Kərimov olimpiya çempionunun müəssisəsi olan “SUDOREMONT” ASC ilə maraqlanır. Qeyd edilib ki, Sadulayev bunu “reyderlərin ələ keçirilməsi” adlandırıb.

Daha sonra idmançı heç bir şərh vermədiyini, sosial şəbəkələrdə onun adından yayılan məktubun saxta olduğunu bildirib .

Əbdülrəşid öz Teleqram kanalında Kərimov və respublikanın müftisi Şeyx Əhməd-Əfəndi ilə fikir ayrılığının olmaması barədə açıqlama verib.

“Əziz dostlar, son bir neçə həftə ərzində Avropa çempionatına fəal hazırlaşarkən və viza məsələləri ilə məşğul olarkən özüm haqqında çoxlu yeni şeylər öyrəndim.

Süleyman Kərimov və respublikanın müftisi Şeyx Əhməd-Əfəndi ilə mənim aramda yarandığı iddia edilən fikir ayrılıqları ətrafında son hadisələr fonunda öz fikrimi və mövqeyimi sizə çatdırmaq istəyirəm.

Süleyman Abusaidoviçin mənim üçün nə qədər yaxşılıq etdiyini, güləşçi kimi yetişdiyim dövrdə mənə nə qədər dəstək verdiyini həmişə xatırlayıram.

Mən həmvətənlərinə ancaq birlik və həmrəylik arzulayan sıravi müsəlmanam. Mən Uca Allaha təvəkkül edirəm və özümü din xadimlərimizə müxalif hesab etmirəm. Yaşlı və bilikli olanlara hörmət edirəm.

Xahiş edirəm, internetdə mənim adımdan yayılan yazıları, məlumatları və digər yalanları həqiqətə uyğun olmayan hesab edəsiniz. Hamıya sülh və yaxşılıq!”, – Sadulayev yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm