İdman
31-ci tur başlayır: Bu həftə Azərbaycan derbisi var
Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Araz Naxçıvan" və "Turan Tovuz" "Liv Bona Dea Arena"da üz-üzə gələcək. Bu görüş hər iki komanda üçün önəm daşıyır.
Turun digər qarşılaşmaları aprelin 19-da və 20-də keçiriləcək. Mərkəzi matç Bakıda baş tutacaq. Azərbaycan derbisi çərçivəsində "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi"ni qəbul edəcək. Həmin gün "Sabah" "Səbail"i də sınağa çəkəcək.
Bazar günü "Şamaxı" - "Kəpəz" və "Zirə" – "Sumqayıt" matçları keçiriləcək.
Azərbaycan Premyer Liqası, 31-ci tur
18 aprel
19:00 Araz-Naxçıvan – Turan Tovuz
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
“Liv Bona Dea Arena”, 19:00
19 aprel
17:30 Sabah – Səbail
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov
“Bank Respublika Arena”.
20:00 Qarabağ – Neftçi
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Tofiq Bəhramov adına Respublika Stadionu.
20 aprel
16:30 Şamaxı – Kəpəz
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
Şamaxı şəhər stadionu.
19:00 Zirə – Sumqayıt
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
Zirə İdman Kompleksinin Stadionu, 19:00
Heybət
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi



































