İdman
Emin Mahmudov Kazbek Tuayevə çatdı
Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub.
Publika.az xəbərə verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 33-cü turuna təsadüf edib. O, “Kəpəz”lə görüşdə (2:2) Bakı klubunu məğlubiyyətdən xilas edən qolun müəllifi olub.
Peşəkar Futbol Liqasının məlumatına görə, Emin “Neftçi”də keçirdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib. O, Premyer Liqada 44, Azərbaycan kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib.
Mahmudov “Neftçi”nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçudur. O, klub tarixinin bombardirləri siyahısında 60 qol vuran Kazbek Tuayevə çatıb.
Qeyd edək ki, “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərovdur – 142 qol. Anatoli Banişevski 136, Yunis Hüseynov 103 dəfə fərqlənib.
Heybət
-
Hadisə12:10Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - Təfərrüat
-
ABŞ11:15Tramp İrana görə mətbuatı ittiham etdi: Tehranı tərk etsələr də...
-
MDB09:45Ukraynanın yeni dronları rusları qorxuya saldı: Səssiz-səmirsiz peyda olurlar
-
Sosial09:10Azərbaycanda bayram namazı qılındı
-
Kriminal07:47Qaranlıq “eşq üçbucağı” - Ər qətlə yetirildi
-
Magazin106:16Azərbaycanlı futbolçunun toyu oldu - VİDEO
-
Magazin103:13"Pulumu ən çox onlara xərcləyirəm"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz






































