İdman
Millimizin baş məşqçisi: “Qısa müddətdə olan inkişaf məni sevindirir”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro yığması ilə keçirilən yoldaşlıq görüşündən (0:0) sonra mətbuat konfransında fikirlərini bildirib.
Publika.az sizi həmin açıqlama ilə tanış edir:
“İlk olaraq bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Bu şəhərdə çıxış etmək çox gözəl idi. Toplanış çərçivəsində keçirdiyimiz iki oyun qarşıdakı rəsmi matçlara hazırlaşmağa hesablanmışdı. Bu gün futbolçularım öz bacarıqlarını göstərdilər. Onlara təşəkkür edirəm. Məncə, pis nəticə olmadı. Belarusla səfərdəki görüşdə də məğlub olmaya bilərdik. Heyətimizdə rəqiblə müqayisədə daha aşağı yaş qrupundan olan uşaqlar çoxluq təşkil edirdi. Bu bizi sevindirir, gələcəyə nikbin baxmağa imkan verir. Hələ işin başlanğıcındayıq. Futbolçuların necə çıxış etmələri klublarında oynamalarından asılı olacaq. Milliyə hazır vəziyyətdə gələndə bizə də asan olur. İstədiyimiz oyun var. Antalya toplanışı ilə müqayisədə yaxşılığa doğru dəyişiklik hiss olunur. Əsas odur ki, futbolçular meydançada nə etmək lazım olduğunu bilirlər. Qısa müddətdə olan inkişaf məni sevindirir”.
Qeyd edək ki, U-21 toplanış çərçivəsində ilk yoxlama görüşünü səfərdə Belarus yığmasına (1:3) qarşı keçirmişdi.
-
Hadisə00:30Dəhşətli qəzada həlak olanlar polkovnik Şair Ramaldanovun ailə üzvləridir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz görüşlər gündəminizi dəyişə bilər
-
Avropa14 Dekabr 22:48Fiko Ukraynanı qara dəliklə müqayisə etdi
-
Əmlak14 Dekabr 22:36Bakının məşhur universitetində SÖKÜNTÜ BAŞLAYIR
-
İdman14 Dekabr 22:00“Qarabağ”ın prezidenti Əkbərə klubun formasını təqdim etdi - VİDEO
-
Yaxın Şərq14 Dekabr 21:36Suriyada İŞİD-ə qarşı əməliyyat başladı
-
Sosial14 Dekabr 21:12Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO
-
İdman14 Dekabr 20:12Nəriman Axundzadə tənqidlərdən sonra QOL VURDU - VİDEO

















.jpg)















