Nida Xəbər
Bakıda saxlanılan məhbuslar geri qaytarıldı - Paşinyan açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda saxlanılan məhbusların geri qaytarıldığını bildirib.
Publika.az xəbər verir ki, o, bununla bağlı "Facebook" sosial şəbəkəsində yazıb.
"Gevorq Sujyan, David Davtyan, Viken Eulcekcian və Vaqif Xaçatryan bu yaxınlarda Azərbaycan Respublikasının müvafiq qurumlarının nümayəndələri tərəfindən Həkəri körpüsü vasitəsilə Ermənistan Respublikasının müvafiq qurumlarının nümayəndələrinə təhvil verilib və hazırda Ermənistan ərazisindədirlər. Daha sonra əlavə məlumat verəcəyəm", - deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, 2020-ci ildə saxlanılan Eulcekcian Viken Abrahamın Livandan Qarabağa döyüşlərdə iştirak etmək üçün muzdlu gəlməsi müəyyən edilib. 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.
Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç 2020-ci ildə saxlanılıb. Onlar barəsində Azərbaycan Cinayət Məcələsinin 276-cı (casusluq) maddəsi ilə ittiham elan edilib. 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 15 il müddətə azadlıqdan məhrum edilib.
Vaqif Xaçaturyan da qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilib. O, 2023-cü ildə Laçında saxlanılıb və həmin ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 15 il müddətə azadlıqdan məhrum edilib.
Adəm

-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu







.jpg)





























