İdman
Qvardiolanın restoranı bağlandı: Milyonluq zərərlə
Mançesterdə yerləşən və "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın şəriklərindən biri olduğu "Tast" restoranı açılışından yeddi il sonra fəaliyyətini dayandırıb.
Publika.az xəbər verir ki, müəssisə bu müddət ərzində ümumilikdə təxminən 2 milyon funt sterlinq zərər edib. Bağlanmanın əsas səbəbi kimi biznes üçün son dərəcə çətin şərait və xərclərin artması göstərilir.
Katalon üslublu yüksək mətbəx konsepsiyasına malik restoran Pep Qvardiola və "Mançester Siti"nin icraçı direktoru Ferran Sorianoya məxsus idi. Klubun keçmiş idman direktoru Çiki Beqiristayn da layihənin investorlarından biri olub. Klub rəhbərliyi 2022-ci ildə məhz "Tast" restoranında Erlinq Haalandın transferini qeyd etmişdi.
Liverpul Universitetinin futbol maliyyəsi üzrə eksperti Kiran Maquayrın sözlərinə görə, restoran 2024-cü il mövsümündə 200 min funtdan çox zərər edib və bununla da ümumi itkilər təxminən 1,9 milyon funta çatıb. Müəssisə səhmdarların investisiyaları hesabına fəaliyyətini davam etdirsə də, sonda bağlanmaq qərarı verilib.
Heybət

-
Rəsmi xronika13:13İlham Əliyev fərman imzaladı
-
İdman12:54Ronaldonun Corcinası planetin ən nüfuzlu iki modelindən biridir - FOTOFAKT
-
Nida Xəbər 12:08Bakının təhvil verdiyi ermənini İstintaq Komitəsinə apardılar: Dindirirlər
-
Dünya12:02Moskvada Britaniya kəşfiyyatçısı ifşa edildi: Görün harada işləyirmiş
-
Dünya10:54ABŞ göstəriş verdi: Təyyarədaşıyan gəmi bu bölgəyə gəldi
-
Elm və təhsil10:12VACİB AÇIQLAMA: Bu halda məktəblərdə...
-
MDB09:18“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib
-
Magazin108:10Tacirin oğlunu evləndirməzdən əvvəl etdiyi hərəkət gündəm oldu - Qadağan imiş…




































