İdman
KDÇ ətrafında gərginlik: ABŞ-ın bu açıqlaması FİFA-nı narazı saldı
Klublararası dünya çempionatı (KDÇ) son dövrlərin ən uğursuz tədbirlərindən birinə çevrilə bilər.
Publika.az xəbər verir ki, buna səbəb ABŞ hakimiyyətinin tribunalarda tətbiq etdiyi sərt nəzarətdir. Bu barədə "Goal" məlumat yayıb.
Turnirin ev sahibi olan ölkənin, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi ötən gün açıqlama yayaraq tribunalarda sərhəd xidmətinin əməkdaşlarının yerləşdiriləcəyini və onların azarkeşlərin təhlükəsizliyini təmin edəcəyini bəyan edib. Bu addım ABŞ-dakı qeyri-qanuni miqrantlarla mübarizə çərçivəsində atılıb. Lakin bu, FİFA-nın narahatlığına səbəb olub.
FİFA vəziyyətlə bağlı narahatlıq ifadə etdikdən sonra nazirlik bəyanatını "X" sosial şəbəkədəki hesabından silib.
Qeyd edək ki, açılış oyununa indiyə qədər cəmi 20 min bilet satılıb. Halbuki "Hard Rock Arena"nın tutumu 65 min nəfərdir. ABŞ hüquq-mühafizə orqanlarının son açıqlamalarından sonra bilet satışlarının tempi daha da azalıb.
Klublararası dünya çempionatının açılış oyunu bazar günü, 15 iyunda keçiriləcək. Bu oyunda "Əl-Əhli" "İnter Mayami" ilə qarşılaşacaq.
Heybət
-
Dünya14:43Bəşər Əsəd Moskvada kiminlə qonşudur? - Uşaqları şokdadır
-
Rəsmi xronika13:43İlham Əliyev sərəncam imzaladı
-
İdman13:06Qurban Qurbanov tənqidlərə reaksiya verdi - BU XALQIN NƏYİNDƏN İNCİYİM?
-
Sosial12:35Sabah qar yağacaq
-
İdman12:00Bu mükafat 15-ci dəfə Qurban Qurbanova təqdim olundu - FOTO
-
Sosial11:48DTX Balakənin sabiq başçısının rüşvət aldığı görüntüləri yaydı - VİDEO
-
İdman11:40Yamal qadınları belə aldadır: Bu xanım bütün sirləri açdı - FOTOLAR
-
Dünya10:50Sidneydə terrorçunu zərərsizləşdirən qəhrəman görün kimdir















.jpg)






















