Avropa
MÜZAKİRƏ BAŞLADI: ABŞ ilə ticarət sazişi dondurulur
Avropa Parlamentinin üzvləri Vaşinqtonun şərtlərinə əməl etməməsi səbəbindən ABŞ ilə yeni ticarət müqaviləsinin ratifikasiyasının dayandırılması ehtimalını müzakirə edirlər.
Publika.az xəbər verir ki, bu barədə "Politico" qəzeti Avropa Parlamentinin (AP) Beynəlxalq Ticarət Komitəsinin rəhbəri Bernd Langeyə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, 2025-ci ilin iyul ayında müqavilənin imzalanmasından cəmi üç həftə sonra ABŞ birtərəfli qaydada polad və alüminium üçün tarifləri 15%-dən 20%-ə qaldırıb. Bu, tariflərin müzakirə olunmalı və tədricən azaldılmalı olduğunu nəzərdə tutan müqavilənin ruhuna ziddir.
"Bu düzəldilənə qədər ABŞ-ın bütün sənaye və kənd təsərrüfatı məhsullarına sıfır tariflərlə razılaşmaq üçün heç bir səbəb görmürəm", - Lange bildirib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp arasında 2025-ci ilin iyul ayında bağlanmış müqaviləyə əsasən, ABŞ-a ixrac edilən demək olar ki, bütün Aİ məhsullarına 15% tarif tətbiq edilmişdir . Bunun müqabilində Aİ 750 milyard dollar dəyərində ABŞ enerji məhsulları almağı və ABŞ iqtisadiyyatına 600 milyard dollar investisiya qoymağı öhdəsinə götürmüşdür.
Hüseyn İbadlı
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı















.png)


















