Dünya
Rusiya ayağa qalxdı: ABŞ gəmilərini batırın, Avropanı bombalayın
Rusiya Dövlət Dumasının deputatlarının fikrincə, ABŞ ordusunun Atlantik okeanında Rusiya bayrağı altında üzən “Mariner” tankerini ələ keçirməsinə cavab olaraq Amerika gəmilərini batırmağa başlamaq və Avropaya "Oreşnik" raketləri ilə zərbələr endirmək lazımdır.
Publika.az xəbər verir ki, Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyev "Podyem"ə verdiyi açıqlamada bildirib ki, ABŞ-ın "Mariner"ə qarşı hərəkətləri ən adi piratçılıqdır və Rusiya ərazisinə hücuma bərabərdir.
"Torpedalarla hücum etmək, bir neçə Amerika sahil mühafizə qayığını batırmaq lazımdır. Düşünürəm ki, Venesueladakı xüsusi əməliyyatdan sonra bir növ cəzasızlıq eyforiyasında olan ABŞ-ı dayandırmağın yeganə yolu burnuna belə bir şillə vurmaqdır", - deyə depuat təklif edib.
Duma deputatı Andrey Qurulev bildirib ki, “Mariner”ə qarşı əməliyyat Qərbin böyük müharibəyə hazırlıqlarının bir hissəsidir. O, Rusiyanın qabaqlayıcı tədbirlər görməli, "düşmənin logistikasını" "Oreşnik" də daxil olmaqla, lazım olan hər hansı bir vasitə ilə məhv etməli olduğunu iddia edib.
"Məsələn, Ukrayna üçün sursat istehsal edən “Rheinmetall” şirkətinə zərbə endirməyimizə nə mane olur? Heç nə bizi dayandırmır", - deyə Qurev bildirib:
"Və bu, sursatın sonu olardı. Bütün kanalları bağlamaq üçün bizə siyasi iradə lazımdır".
Venesueladan yola düşən və dənizdə bayrağını Rusiya bayrağına dəyişdirən "Marinera" tankeri, Moskvanın diplomatik kanallar vasitəsilə gəmini təqib etməyi dayandırmaq tələbinə baxmayaraq, ABŞ Sahil Mühafizəsi qüvvələri tərəfindən Britaniya-İslandiya donanmasının dəstəyi ilə saxlanılıb.
ABŞ-ın Avropa Komandanlığının məlumatına görə, Murmanska gedən bir tanker ABŞ federal məhkəməsinin verdiyi orderə əsasən ABŞ sanksiyalarını pozduğuna görə saxlanılıb.
“Reuters” agentliyinin məlumatına görə, Rusiya gəmini müşayiət etmək üçün sualtı qayıq və dəniz gəmiləri göndərib, lakin onlar saxta bayraq altında Venesueladan yola düşən tankerin (ələ keçirilməsinin qarşısını ala bilməyiblər.
Ağ Evin mətbuat katibi Kerolin Levit bildirib ki, gəminin heyəti, o cümlədən Rusiya vətəndaşları məhkəmə qarşısına çıxarılacaq.
Tural
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ













.jpg)



















