İdman
Arda Turanın “Şaxtyor”da ilk müsahibəsi: əsas hədəfini açıqladı
Donetsk “Şaxtyor”unun baş məşqçisi Arda Turan “Şaxtyor”un baş məşqçisi kimi ilk müsahibəsini verib.
Publika.az xəbər verir ki, türkiyəli mütəxəssislə söhbət “mədənçilər”in rəsmi saytında dərc olunub. Turan “Şaxtyor”un təklifini necə qəbul etdiyi haqda da danışıb.
“Əvvəla, ən vacibi o idi ki, ilk görüşlərdən yalnız oyun və meydanda baş verənlər barədə danışırdıq. Mən futbol, detallar haqqında danışmağı xoşlayıram. Ona görə də gördüm ki, detallara maraq var. İkincisi, karyeram boyu elə bir futbolçu və məşqçi olmuşam ki, ancaq qalib gəlmək haqda düşünmüşəm. “Şaxtyor”un da bir məqsədi var, yenə də qələbə qazanmaq”, – Turan deyib.
Məşqçi Kiyev “Dinamo”su ilə əsaslı qarşıdurma haqda da danışıb.
“Mən bilirəm ki, “Dinamo” vacib rəqibdir. Onlara çox hörmət edirəm. Məqsədim heç vaxt onların bir daha Ukrayna çempionu olmalarına imkan verməməkdir. Amma bir-birimizə qarşı oynayanda, bir-birimizdən öyrənə və hörmət edə bilərik”, – Arda bildirib.
-
Dünya09:00"SpaceX"in məqsədi yadplanetlilərlə görüşməkdir - Mask
-
Dünya08:49Nazirin evinin qarşısına peyin tökən kişi saxlanıldı
-
Sosial08:37Bölgələrdən gələn bu şəxslər Bakını tərk edəcək - İlin sonuna qədər…
-
Dünya05:45NATO Türkiyədən görün nə tələb etdi
-
Qoroskop01:40Günün ulduz falı: Gözlənilməz hədiyyə sizi sevindirəcək
-
Nida Təhlil 01:01Xameneinin “aradan götürülməsi” – Trampa çıxış yolu təklif edilir
-
Art12 Yanvar 22:28Yüzlərlə tanınmış şəxs qurumdan çıxarılacaq - Fevralın 1-dək vaxt verildi
-
İdman12 Yanvar 21:37“Real Madrid” Xabi Alonso ilə yollarını ayırdı








.jpg)














.webp)

.jpg)









