Magazin1
İki saatdan bir yemək yeyirəm, 13 kiloqram arıqlamışam - Roza Zərgərli
Müğənni Roza Zərgərli son görünüşü ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan estrada ulduzu 13 kiloqram çəki itirdiyini açıqlayaraq, bu nəticəyə sağlam və əməliyyatsız şəkildə nail olduğunu bildirib.
Məşhurluğu ölkə hüdudlarını aşan sənətçi arıqlama prosesi ilə bağlı açıqlamasında hər hansı cərrahi müdaxilə və ya idman proqramına müraciət etmədiyini vurğulayıb. Onun sözlərinə görə, əsas nəticə düzgün qidalanma və nizamlı pəhriz hesabına əldə olunub.
Roza Zərgərli qeyd edib ki, gün ərzində az-az, lakin tez-tez qidalanır:
"Heç bir əməliyyat etdirməmişəm, idman da etmirəm. Sadəcə düzgün pəhriz və qidalanma ilə bu nəticəni əldə etdim. Gün ərzində 5 dəfə, az miqdarda və təxminən iki saatdan bir yemək yeyirəm. Çox işləməyim də təsir göstərir".
Müğənni əlavə edib ki, bir vaxtlar gecə yemək vərdişinə alışdığı üçün sürətlə kökəlmişdi:
"Gecələr yeməyə başlamışdım və bu, çəki artımına səbəb olmuşdu. İndi isə axşam saat 7-yə qədər qidalanıram. Hələ 2-3 kilo kökəlmişəm, amma proses davam edir".
O bildirib ki, sağlam arıqlama yolunu seçməsi onun həm fiziki, həm də psixoloji durumuna müsbət təsir göstərib.(milli.az)
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?


































.jpg)
