İdman
"Real" ilk dəfə belə aqibətlə üzləşdi: "El klasiko"da qeyri-adi rekord
İspaniya Superkubokunun finalında “Barselona” ilə “Real” üz-üzə gəlib.
Publika.az xəbər verir ki, qarşılaşma kataloniyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə “Barselona” tarixində ilk dəfə “Real”ı ardıcıl üç finalda məğlub edib. Ötən il Superkubokunun finalında katalonlar Madrid təmsilçisini 5:2 hesabı ilə üstələyib. Daha əvvəl keçirilən turnirin həlledici görüşündə isə “Real” əlavə vaxtda 2:3 hesabı ilə uduzub.
Final oyunu həm də qeyri-adi bir rekordla yadda qalıb. İlk hissəyə əlavə olunan dəqiqələrdə ardıcıl üç qol qeydə alınıb. 45+2-ci dəqiqədə “Real”ın vingeri Vinisius fərqlənib, 45+4-cü dəqiqədə “Barselona”nın hücumçusu Robert Levandovski cavab qolunu vurub, 45+6-cı dəqiqədə isə madridlilərin futbolçusu Qonsalo Qarsiya hesabı dəyişib. Beləliklə, XXI əsrdə ilk dəfə "El-klasiko"nun birinci hissəsində əlavə olunmuş vaxtda üç qol vurulub.
Qələbə sayəsində “Barselona” İspaniya Superkubokunu rekord göstərici ilə – 16-cı dəfə qazanıb. Bu turniri 13 dəfə qazanan “Real” isə Superkubok uğrunda oyunda ümumilikdə yeddinci, ardıcıl olaraq isə ikinci dəfə məğlub olub.
Heybət
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI










.jpg)


























