İdman
Kapello Hakanı müdafiə etdi: Onu aradan götürsəniz, çökəcəksiniz
Məşhur italyan mütəxəssis Fabio Kapello Lautaro Martines və Hakan Çalhanoğlu arasındakı münaqişəyə münasibət bildirib.
Publika.az xəbər verir ki, Kapello bu barədə İtaliya mətbuatına danışıb.
Klublararası dünya çempionatının 1/8 finalında ” İnter” in “Fluminense”yə 0:2 hesablı məğlubiyyətindən sonra Martines demişdi: “Mesaj sadədir: qalmaq istəyirsənsə, qal, istəmirsənsə, get”.
Klub prezidenti Beppe Marotta bildirmişdi ki, Lautaro zədə səbəbindən turnirdə iştirak etməyən, lakin ABŞ-da komanda ilə birlikdə olan Çalhanoğlunu nəzərdə tutub.
“İnter”in baş məşqçisi Kristian Çivu vəziyyəti həll etmək üçün təcili iclas keçirib .
– Lautaro ilə Çalhanoğlu arasındakı münaqişəyə münasibətiniz necədir?
– Buna paltardəyişmə otağında qərar verilməlidir. Lautaro kapitan kimi danışdı, amma o anda komandada olmayan yoldaşını hədəfə almaqla, məncə, yaxşı iş görmədi. Problemlər həmişə üzbəüz həll edilməlidir. Bu yeganə həll yoludur.
-Hakan kimi birini əvəz etmək olarmı?
-O, “İnter” üçün Rodri kimidir – əvəzolunmaz oyunçudur. Çalhanoğlu komandanın dayandığı sütunlardan biridir. Əgər onu aradan götürsəniz, çökəcəksiniz.
-
Hadisə10:20Tərtər və Goranboyda zəhərlənmələr oldu - Ölənlər var
-
Magazin209:32Məşhur türkiyəli aktyor saxlanıldı
-
Sosial09:00Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır: Hindistan, Monqolustan... - TAM SİYAHI
-
Nida Xəbər 08:30Azərbaycana qarşı torpaq iddiası - Kürd təşkilatları aktivləşdi
-
Sosial08:15Evlənmək istəyənlərə yeni tələb: elçilikdə bu da ola bilər
-
İKT07:35"Samsung"dan xəbərdarlıq - Smartfonlar BAHALAŞACAQ
-
Ekopublika.az07:15Güzəşt ləğv edildi: Kərə yağı bahalaşacaq? - VİDEO
-
ABŞ06:16Tramp Venesuelada hərbi əməliyyatların "ikinci dalğası"nı planlaşdırıb





































