Premyer Liqa nəhəngləri 85 milyonluq hücumçunu hədəfə aldılar
Bizi izləyin

İdman

Premyer Liqa nəhəngləri 85 milyonluq hücumçunu hədəfə aldılar

"İnter"in hücumçusu Markus Tyuram karyerasını Premyer Liqada davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

Fransalı futbolçu ilə "Arsenal" və "Mançester Yunayted" klubları maraqlanır. Xəbərdə bildirilir ki, hər iki klub transfer üçün Tyuramın müqaviləsində göstərilən 85 milyon avroluq təzminatı ödəməlidir.

Bu arada "İnter" futbolçunun gedişi halında onun yerini tutacaq oyunçu kimi "Fiorentina"nın hücumçusu Moyze Kini nəzərdən keçirir.

Qeyd edək ki, Kinin transfer qiyməti 52 milyon avro təşkil edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm