İdman
Gündoğan “Siti”dən belə ayrıldı: İnanılmaz bir dövrdən sonra…
“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi İlkay Gündoğan komandanı tərk etməsinin səbəbini açıqlayıb.
Publika.az xəbər verir ki, İngiltərə nəhəngindən “Qalatasaray”a keçən futbolçu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:
“Əziz “şəhərlilər”, sizinlə səmimi olmaq istəyirəm… Ayrılmağımın səbəbi çox sadədir: mən hələ də mümkün qədər çox futbol oynamaq istəyirəm, çünki bu, ən çox sevdiyim şeydir. Tezliklə 35 yaşım olacaq, amma özümü hələ də əla formada hiss edirəm və Çempionlar Liqasında çıxış edən bir komandanın heyətində yüksək səviyyədə oynamağa davam edə biləcəyimə səmimi qəlbdən inanıram.
Və təkcə səbəb bu deyil. İndi uşaqlıqdan sevdiyim klubun, mənim üçün çox şey ifadə edən ölkənin komandasına qoşulmaq imkanım var.
“Mançester Siti” inanılmaz bir dövrədən sonra yeni başlanğıc istəyir. Bunu tamamilə anlayıram və hörmətlə yanaşıram. Bu möhtəşəm klubun mənim üçün illər boyu etdiklərini heç vaxt unutmayacağam. Klub və Mançester həmişə ürəyimdə qalacaq.
Bütün komanda yoldaşlarıma, idarə heyətinin sədrinə, hər bir azarkeşlərə və əlbəttə ki, bu möhtəşəm dövrü mümkün edən Pep Qvardiolaya təşəkkür etmək istəyirəm.
Mən “Siti”ni böyük minnətdarlıqla tərk edirəm. Ailəmin adından hamınıza təşəkkür edirəm”.
Heybət
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək



























.jpg)











