İdman
"Kəpəz"də iclas: Biri istefa verdi, digərini göndərdilər
“Kəpəz” klubunun İdarə Heyətinin iclası keçirilib.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Görüşdə İdarə Heyətinin sədri, üzvləri və baş məşqçi Adil Şükürov iştirak ediblər. İclasda komandanın Azərbaycan Premyer Liqasının ilk üç turunda göstərdiyi nəticələr müzakirə olunub. Klub rəhbərliyi kollektivin hər üç matçda məğlub olmasından narahatlığını ifadə edib və baş məşqçinin qarşısına növbəti üç tur ərzində komandanı toparlamağı hədəf olaraq qoyulub.
Bundan əlavə, iclasda bir sıra qərarlar qəbul olunub. Belə ki, Erkin İbrahimov şəxsi vəziyyəti ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini bildirib və İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini təkrar olaraq açıqlayıb. İdarə Heyətinin sədri müraciəti qəbul edib və nəticədə Erkin İbrahimov İradə Heyətinin üzvülüyündən çıxarılıb.
Digər struktur dəyişiklikləri barədə isə yaxın günlərdə məlumat veriləcəyi bildirilib. Publika.az-ın əldə etdiyi məlumata görə, klubdan göndərilənlər arasında daha əvvəl Gəncə klubunun İdarə Heyətinin sədri olan, dəyişikliklərdən sonra klubun əməliyyatlar üzrə rəhbəri postunu tutan İlqar Nadiri də var.
Heybət
-
Sosial21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:36Aila avto qəzadan sonra ilk layihəsini təqdim etdi - VİDEO
-
Sosial20:24“İlham baba mənə “KamAZ” göndərdi” - VİDEO
-
Elm və təhsil20:12İngilis dili müəllimi qüsursuz nitqi ilə diqqət çəkdi - VİDEO
-
Sosial19:36Nazim İsayevə yeni vəzifə verildi
-
Magazin219:12Məşhur rejissor insult keçirdi - FOTO
-
Region19:00Türkiyədə güclü zəlzələ baş verdi
-
İdman18:24Ayxan Abbasovdan ayrılıq açıqlaması - İlk dəfədir ki…


































