Avropa
Müxalif sağçı partiyadan BÖYÜK SIÇRAYIŞ - Merts yeni anti-rekord qırdı
Almaniyada keçirilmiş son sosioloji sorğuya əsasən, Almaniya Federativ Respublikasının kansleri Merts əhali arasında dəstək səviyyəsinə görə yeni anti-rekord müəyyən edib.
Publika.az xəbər verir ki, respondentlərin cəmi 26 faizi hökumət başçısının fəaliyyətindən razı qaldığını bildirib, 62 faizi isə onun işini mənfi qiymətləndirib.
Eyni zamanda, vətəndaşların 63 faizi ümumilikdə hökumətin fəaliyyətindən narazıdır. Nazirlər kabinetini isə yalnız 23 faiz respondent dəstəkləyir. Bu, hazırkı hakimiyyətin işə başladığı vaxtdan bəri ən aşağı dəstək göstəricisidir.
INSA şirkətinin sorğusu göstərir ki, müxalif sağçı partiya olan “Almaniya üçün Alternativ” ilk dəfə reytinqlərdə birinci yerə yüksəlib — 26 faiz səs toplayaraq. Mertsin partiyası Xristian Demokrat/Xristian Sosial İttifaqı (CDU/CSU) isə 25 faizlə ikinci yerdədir. Sosial-demokratlar 15 faiz, “Yaşıllar” və “Solçular” isə hər biri 11 faiz səs toplayıb.
Hazırkı hakim koalisiya — CDU/CSU və SPD birlikdə yalnız 40 faiz səs toplayaraq parlamentdə çoxluq formalaşdıra bilməzdi. Bunun əksinə olaraq, “Almaniya üçün Alternativ” və CDU/CSU birlikdə 51 faiz səs toplayaraq hökumət qurmaq imkanına sahib olardı. Bu halda müxalifət partiyası baş tərəfdaş rolunu oynayardı.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq























.jpg)














