İdman
Klub prezidenti istefa verdi: Səbəb nədir?

“Monza” klubunun prezidenti Adriano Qallyani vəzifəsindən istefa verib.
Publika.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Monza” amerikalı investisiya fondu “Beckett Layne Ventures”ə satıldığını açıqlayıb. Fond kluba aid səhmlərin 80%-ni alıb, qalan 20%-ni isə 2026-cı ilin yayında əldə ediləcək. Ümumilikdə əməliyyatın dəyəri 45 milyon avrodur.
Yeni sahiblər klubun idarəetmə heyətində əhəmiyyətli dəyişikliklər etməyə qərar veriblər, bunlardan biri də Qallyaninin ayrılmasıdır. O, klubun sahibi Silvio Berluskoni vəfat etdikdən sonra, 2023-cü ilin iyunundan “Monza”ya rəhbərlik edirdi.
81 yaşlı italiyalı funksionerin yaxın vaxtlarda “Milan” klubuna müşavir kimi qayıtması gözlənilir.
Qeyd edək ki, 1986–2017-ci illərdə, Berluskoni dövründə “qırmızı-qaralar”ın vitse-prezidenti olub.

-
Region22:40
İran dağın altında gizli obyekt inşa edir - Peyk görüntüləri yayıldı
-
Sosial21:37
Bu da Adnanın lüks avtomobil kolleksiyası - Fotolar
-
Dünya21:00
Lukaşenko Zelenski ilə görüşmək istəyir: "Razılığa gəlməsək, bu, hamı üçün pis olacaq"
-
Ekologiya19:00
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ VERİLDİ
-
Nəqliyyat18:10
20 yolda tıxac var - Siyahı
-
Elm və təhsil17:20
Ödənişli təhsil alanlara şad xəbər: Pulsuz oxuya biləcəklər
-
Sosial15:20
Adnan Əhmədzadənin həyat yoldaşına məxsus boyunbağının qiyməti - FOTO
-
Magazin214:47
Övladları "kişilərin siyahısı"nı tutub: Kardaşyan hansını seçəcək?