Mourinyo "Benfika"da nə qədər qazanacaq? - Hələ belə az maaş almamışdı
Bizi izləyin

İdman

Mourinyo "Benfika"da nə qədər qazanacaq? - Hələ belə az maaş almamışdı

"Benfika"nın prezidenti Rui Koşta Joze Mourinyonun təxmini maaşını açıqlayıb.

Publika.az xəbər verir ki, funksioner bu barədə "A Bola"ya açıqlama verib:

"Mənim bunu deməyə icazəm yoxdur. "Sportinq"də və ya "Portu"da nə qədər qazanırlar? Onlardan soruşublar? Bu, bahalı müqavilədir, amma məsələn, Şmidtinkindən çox deyil. İkinci mövsümdə üç-dörd milyon avro xalis maaş olacaq. Təxminən belədir. Mourinyo Portuqaliyadan gedəndən bəri bu qədər az maaş almamışdı. "Benfika"nı çalışdırmaq istəyi onun bizim üçün ideal namizəd olduğuna inandırdı".

Xatırladaq ki, Joze Mourinyo "qartallar"la 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. O, avqustda "Fənərbağça"dan qovulmuşdu.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm