Rafinya bu oyunda olmayacaq: “Barsa” rəsmən açıqladı
Bizi izləyin

İdman

Rafinya bu oyunda olmayacaq: “Barsa” rəsmən açıqladı

“Barselona” Rafinyanın zədəsi ilə bağlı rəsmi açıqlama yayıb.

Publika.az xəbər verir ki, “Barselona”nın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda deyilir:

“Rafinya sağ bud dizindən zədə alıb. Onun təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir”.

Rafinya Çempionlar Liqasında PSJ ilə oyunu (1 oktyabr) buraxacaq.

Bundan əvvəl braziliyalı futbolçunun İspaniya çempionatının 6-cı turunda “Ovyedo” ilə matçda (3:1) zədə alması ilə bağlı xəbərlər yayılmışdı. Həmin oyunda Rafinya 66-cı dəqiqədə əvəzlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm