Onlar Madrid derbisində olmayacaq
Bizi izləyin

İdman

Onlar Madrid derbisində olmayacaq

“Atletiko”nun yarımmüdafiəçiləri Conni Kardoso və Tyqo Almada zədə səbəbindən La Liqanın 7-ci turunda “Real”la ev oyununda iştirak edə bilməyəcəklər.

Publika.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Madrid derbisində bir müddət əvvəl appendisit əməliyyatı olunan yarımmüdafiəçi Aleks Baena ehtiyatdan meydana çıxa bilər.

24 yaşlı argentinalı Almada 2025/26 mövsümündə 3 oyunda heç bir nəticəli hərəkətlə yadda qalmayıb. 34 yaşlı amerikalı Kardoso da 3, 24 yaşlı ispaniyalı Baena isə 1 görüşdə iştirak edib.

Qeyd edək ki, “Atletiko” — “Real” oyunu sentyabrın 27-də keçiriləcək və Bakı vaxtı ilə 18:15-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm